Xəbərlər


Tamblinq üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib

Bakı Gimnastika Məktəbində təşkil olunan tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyinə yekun vurulub. Yarışda müxtəlif yaş qrupu üzrə idmançılar - uşaqlar, yeniyetmələr, gənclər və böyüklər bacarıqlarını nümayiş etdiriblər.

"Neftçi İdman Klubu”nun gimnastı Milana Salmanova qadınlar arasında uşaqlar yaş qrupunda (2009-2011-ci illər) keçirilən yarışda 54.900 xal toplayıb və ölkə birinciliyinin gümüş medalına layiq görülüb.