Xəbərlər


Oloxan Musayev də "Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.

"Neftçi İdman Klubu”nun təmsilçisi, Paralimpiya çempionu Oloxan Musayev çempionatın beşinci günündə yarışlara qatılıb. F56 kateqoriyasında lövhəatma yarışında paralimpiyaçımız 41,58 metrlik nəticə göstərib. Yarışda dördüncü yerə çıxan Oloxan Musayev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, bundan əvvəl eyni yarışda daha iki paraatletimiz - Kamil Əliyev və Samir Nəbiyev də yüksək nəticə göstərərək "Tokio 2020"yə lisenziya əldə etmişdilər.