Xəbərlər


Ağsu İdman Kompleksi fəaliyyətə başladı

Hələ 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndə ölkəmizdə Olimpiya Hərəkatında yeni mərhələ başladı. Azərbaycan sürətlə dünyanın idman ailəsinə daxil oldu. 2003-cü ildən etibarən isə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən strategiyaya uyğun olaraq, idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. İlk növbədə regionlar da daxil olmaqla bütün respublika üzrə beynəlxalq standartlara cavab verən yeni, müasir idman qurğularının , olimpiya idman komplekslərinin tikilməsinə başlandı. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmasına gətirib çıxardı.

Dövlətimizin düşünülmüş idman siyasəti bu gün də uğurla davam edir. Ağsuda inşa olunan yeni idman kompleksi də bu siyasətin tərkib hissəsidir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunan kompleksdə tikinti işləri ən yüksək səviyyədə aparılıb və bu yaxınlarda başa çatdırılıb.

Kompleksin həyətində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi qayğını, müxtəlif dövrlərdə Ağsuya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da yer alır.

Sentyabrın 17-də dövlət başçısı Ağsu rayonuna səfəri çərçivəsində idman kompleksinin açılışında iştirak edib.

Oktyabrın 5-də isə idman ictimaiyyətinin bir qrup üzvünün iştirakı ilə kompleks fəaliyyətə başlayıb. "Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov, Olimpiya, dünya, Avropa çempion və mükafatçıları Elnur Məmmədli, Rəsul Çunayev, Rövşən Bayramov, Hacı Əliyev, Rauf Ağayev, Nizami Paşayev və digərləri, eləcə də Ağsu rayon rəhbərliyinin təmsil olunduğu böyük bir heyət orada iştirak edərək kompleks haqda yüksək fikirlərini söyləyiblər və idmançılara uğurlar diləyiblər.

Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söhbət açıblar. Yüksək səviyyəli bir idman ocağının istifadəyə verilməsindən məmnunluqlarını dilə gətirən natiqlər burada çoxlu sayda idmançıların yetişəcəyinə və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklərinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, Ağsu İdman Kompleksində boks, cüdo, güləş, ağırlıqqaldırma, üzgüçülük, taekvondo və digər idman növlərinin fəaliyyət göstərməsi üçün maksimum şərait yaradılıb. İnanırıq ki, bu kompleksdə yetişəcək idmançılar ölkəmizi müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda layiqincə təmsil edəcək və Vətənə medallarla dönəcəklər.

Ağsu İdman Kompleksi  fəaliyyətə başladıAğsu İdman Kompleksi  fəaliyyətə başladıAğsu İdman Kompleksi  fəaliyyətə başladıAğsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı
Ağsu İdman Kompleksi  fəaliyyətə başladı