Xəbərlər


Cüdoçularımız Kamerunda 3 medala sahib olublar

Kamerunda cüdo üzrə açıq Afrika kuboku yarışı keçirilib. Beynəlxalq turnirdə 24 ölkədən 116 cüdoçu medallar uğrunda yarışıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan üç qadın cüdoçusu gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdən medalla ayrılıb. İdmançılarımızdan 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva və Larisa Florian (57 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Digər cüdoçumuz İçinxorloo Munxtsedev (57 kq) isə bürünc medal qazanıb.

Cüdoçularımız Kamerunda 3 medala sahib olublarCüdoçularımız Kamerunda 3 medala sahib olublar

Cüdoçularımız Kamerunda 3 medala sahib olublar