Xəbərlər


İrina Kindzerska Ukraynada yenə birinci olub

Cüdo üzrə açıq mütləq Ukrayna çempionatına yekun vurulub.

Dnepr şəhərində təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun təmsilçisi İrina Kindzerska böyük uğura imza atıb. Qadın cüdoçular arasında Ukraynanın mütləq çempionunun müəyyən edilməsi uğrunda yarışan cüdoçumuz məğlubiyyət tanımayıb. O, qrupdakı üç görüşünü qələbə ilə başa vurduqdan sonra yarımfinalda Qalina Tarasovanı, finalda isə Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.