Xəbərlər


Parataekvondoçumuz Avropa çempionatının qalibi olub

İtaliyanın Bari şəhərində paralimpiyaçılar arasında taekvondo üzrə Avropa çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçisi, ikiqat dünya çempionu Aynur Məmmədova böyük əzmkarlıq nümayiş etdirərək dördüncü dəfə Avropa çempionu olub. Əlli səkkiz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız ispaniyalı idmançıya 8:6, Fransa təmsilçisinə 23:1 və rusiyalı taekvondoçuya 12:8 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib. O, həlledici görüşdə Özbəkistan təmşilçisini 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq qitə çempionatının qızıl medalına yiyələnib.

Parataekvondoçumuz bu qələbə sayəsində "Tokio 2020” Yay Paralimpiya Oyunlarına növbəti lisenziya xalları qazanıb.

Parataekvondoçumuz Avropa çempionatının qalibi olub