Xəbərlər


Güləşçimiz Sənan Süleymanov dünya çempionatında gümüş medala layiq görülüb

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatına yekun vurulub.
"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Sənan Süleymanov (72 kq) mötəbər yarışda böyük uğura imza atıb. Mübarizəyə səkkizdəbir finaldan qoşulan idmançımız Yaponiya,  Norveç və Moldova təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada iranlı rəqibinə məğlub olan Sənan Süleymanov dünya çempionatının gümüş medalına sahib olub.