Xəbərlər


İdmançımız Süleyman Əliyev “Vodafone 41-ci İstanbul Marafonu”nda

 

İstanbulda "Vodafone 41-ci İstanbul Marafonu” keçirilib. Marafon İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi, Spor İstanbulun təşkilatçılığı ilə baş tutub."İstanbul sənindir, durma qaç” şüarı ilə marafon İstanbulun Avropa qitəsindən start götürüb. İştirakçılar "15 İyul Şəhidlər Körpüsü”ndən keçərək şəhərin Asiya qitəsinə doğru hərəkət ediblər. Marafona 106 ölkədən 140 minə yaxın insan qatılıb.

"Neftçi İdman Klubu”nun səmti müəyyənetmə üzrə idmançısı Süleyman Əliyev də İstanbul marafonunda ölkəmizi layiqincə təmsil edib.
Marafonun qalibləri kişilər arasında Keniya atleti Daniel Kipkore Kibet ( 2 saat 9 dəqiqə 44 saniyə), qadınlar arasında isə efiopiyalı idmançı Hirut Tibebu (2 saat 23 dəqiqə 40 saniyə) olub.
Qeyd edək ki, 2012-ci ildən keçirilən, dünyada iki qitə arasında yeganə tədbir sayılan "Vodafone 41-ci İstanbul Marafonu” 42 kilometr 195 metr, 8 və 15 kilometr olmaqla üç kateqoriyadan ibarətdir.

İdmançımız Süleyman Əliyev “Vodafone 41-ci İstanbul Marafonu”ndaİdmançımız Süleyman Əliyev “Vodafone 41-ci İstanbul Marafonu”ndaİdmançımız Süleyman Əliyev “Vodafone 41-ci İstanbul Marafonu”nda