Xəbərlər


Zelim Kotsoyev də “Böyük dəbilqə” turnirində gümüş medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük dəbilqə” turnirinə yekun vurulub.

Yüzədək ölkədən 500-dən çox idmançının qatıldığı yarışın sonuncu günü "Neftçi İdman Klubu”nun daha bir cüdoçusu medal əldə edib. Yüz kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev Fransa, Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gələrək finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə koreyalı Quham Çoya məğlub olub və "Böyük dəbilqə” turnirinin gümüş medalına yiyələnib.

Xatırladaq ki, yarışın ilk günündə digər cüdoçumuz Orxan Səfərov (60 kq) da eyni uğura imza atmışdı.