Xəbərlər


Cüdoçumuz Orxan Səfərov Əbu-Dabi “Böyük dəbilqə”sinin gümüş medalına sahib olub

"Neftçi İdman Klubu”nun yetirməsi Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirində uğurla çıxış edib. Altmış altı kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finala qədər inamla irəliləyib. O, yalnız həlledici görüşdə İtaliya təmsilçisi Manuel Lombardoya məğlub olub və mötəbər yarışın gümüş medalına layiq görülüb.

Qeyd edək ki, 100-dək ölkədən 500-dən çox cüdoçunun qatıldığı "Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.

Cüdoçumuz Orxan Səfərov Əbu-Dabi “Böyük dəbilqə”sinin gümüş medalına sahib olubCüdoçumuz Orxan Səfərov Əbu-Dabi “Böyük dəbilqə”sinin gümüş medalına sahib olubCüdoçumuz Orxan Səfərov Əbu-Dabi “Böyük dəbilqə”sinin gümüş medalına sahib olub