Xəbərlər


Sabahın ulduzlarında hər iki komandamız qalib gəldi

"Sabahın ulduzları” paytaxt çempionatında ikinci turun oyunları keçirilib. Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə iki yaş qrupu üzrə keçirilən yarışlarda futbolçularımız uğurlu çıxışlarını davam etdiriblər. Bu tur çərçivəsində "Neftçi İK” İB (2005-2006-cı illər təvəllüdlü futbolçular) "Bakı” komandasını 5:1 hesabı ilə məğlub edib. Digər komandamız (2006-2007) isə "İnter ulduzları”nı darmadağın edib – 6:0.

AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, U-13 və U-14 liqalarında isə 2015/2016 mövsümünün oyunlarına start verilib. Bütün yaş qruplarında təmsil olunan "Neftçi İdman Klubu”nun futbolçuları ilk turu aşağıdakı nəticələrlə başa vurublar.

U-10 Liqası: Vətən RİOEUG – Neftçi İK İB 5:1

U-11 Liqası: Vətən RİOEUG – Neftçi İK İB 3:2

Atena U-12 Liqası: Neftçi İK İB – Qarabağ FK 0:0

Coca-Cola U-13 Liqası: Neftçi İK İB – Bakı-008 PFK 6:1

Neftçi İK İB (Neftçala) – Muğan PFK (Salyan) 6:0

U-14 Liqası: Qəbələ İK – Neftçi İK İB 1:0

Neftçi İK İB (Neftçala) – Məhsul (Cəlilabad) 8:0