Xəbərlər


Gənc cüdoçularımız dünya birinciliyinin ilk günündə iki medal qazandılar

Bu gün Mərakeşdə gənclər arasında cüdo üzrə dünya birinciliyinə start verilib.

Yarışın ilk günündə "Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan iki cüdoçusu uğurla çıxış edərək medala sahib olub. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov Koreya, Ukrayna, Türkiyə və Qırğızıstan idmançıları üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici mərhələdə rusiyalı Konstantin Simeonidis ilə görüşdən məğlub ayrılan cüdoçumuz qitə birinciliyinin gümüş medalına layiq görülüb. Klubun digər yetirməsi İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda mübarizə aparıb. O, üçüncü yer uğrunda görüşdə rumıniyalı rəqibi Lusian Bors Dumitreskudan üstün olub və mötəbər yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, oktyabrın 19-dək davam edəcək turnirdə 81 ölkədən 500-dən çox gənc cüdoçu qalib adı uğrunda yarışır.

Gənc cüdoçularımız dünya birinciliyinin ilk günündə iki medal qazandılarGənc cüdoçularımız dünya birinciliyinin ilk günündə iki medal qazandılarGənc cüdoçularımız dünya birinciliyinin ilk günündə iki medal qazandılar