Xəbərlər


Samir Cəbrayılov “Fatih Sultan Mehmet Kırklareli ” turunda da ikinci oldu

 

Türkiyənin Edirne şəhərində keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı "Fatih Sultan Mehmet Kırklareli” turu sona yetib.

Yüz otuz kilometrlik marşrutu ilk 3 pillədə başa vuranlar arasında "Neftçi İdman Klubu”nun təmsilçisi, Azərbaycan millisinin üzvü Samir Cəbrayılov da olub. Böyük əzmkarlıq nümayiş etdirərək bu məsafəni 3 saat, 9 dəqiqə, 36 saniyəyə bitirən idmançımız fotofinişə əsasən ikinci nəticə göstərib.

Velosipedçimiz ikinci yeri tutmaqla Azərbaycan yığma komandasının aktivinə "Tokio 2020” Yay Olimpiya Oyunları üçün daha 30 xal qazandırıb.

Xatırladaq ki, bu yarışdan bir gün öncə təşkil edilən "Fatih Sultan Mehmet Edirne” turunda Samir Cəbrayılov ikinci olmaqla reytinqimizi daha 30 xalla zənginləşdirmişdi.

Samir Cəbrayılov “Fatih Sultan Mehmet Kırklareli ” turunda da ikinci olduSamir Cəbrayılov “Fatih Sultan Mehmet Kırklareli ” turunda da ikinci olduSamir Cəbrayılov “Fatih Sultan Mehmet Kırklareli ” turunda da ikinci oldu
Samir Cəbrayılov “Fatih Sultan Mehmet Kırklareli ” turunda da ikinci oldu
Samir Cəbrayılov “Fatih Sultan Mehmet Kırklareli ” turunda da ikinci oldu