Xəbərlər


Velosipedçimiz Samir Cəbrayılov Türkiyədə ikinci oldu

Türkiyənin Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Fateh Sultan Mehmet Edirne” turu keçirilib.

"Neftçi İdman Klubu”nun yetirməsi Samir Cəbrayılov124 kilometrlik yarışda böyük uğura imza atıb. Velosipedçimiz finişi 15 nəfərlik lider qrupun tərkibində keçib – 2 saat 57 dəqiqə 25 saniyə. Fotofinişə əsasən Samir Cəbrayılov ikinci olub.