Xəbərlər


Cüdoçumuz açıq Avropa kubokunda bürünc medal əldə edib

Estoniyanın paytaxtı Tallində cüdo üzrə açıq Avropa kuboku yarışına start verilib.

Turnirin ilk günündə "Neftçi İdman Klubu”nun təmsilçisi Aleksandra-Larisa Florian mükafata layiq görülüb. Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya məğlub olaraq 3-cü yeri tutub. O, bürünc medal uğrunda görüşdə almaniyalı Nora Bannenberqə qalib gəlib.

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən yarışda 35 ölkədən 292 cüdoçu medallar uğrunda mübarizə aparır.