Xəbərlər


Ruslan Lunyov Avropa kubokunun qalibi olub

Fransanın Şatoru şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa kubokuna yekun vurulub.

"Neftçi İdman Klubu”nun təmsilçisi Ruslan Lunyov böyük çaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında bütün rəqiblərini üstələyərək mötəbər turnirin qızıl medalına sahib olub.