Xəbərlər


Yeniyetmə taekvondoçumuz Avropa ikincisi olub

İspaniyanın Marina Dor şəhərində keçirilən yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi davam edir

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan taekvondoçusu Pünhan Mürsəlov mötəbər yarışın ilk günündə uğurla çıxış edib. Qırx bir kiloqram çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançımız yalnız həlledici final görüşündə məğlub olub və qitə birinciliyinin gümüş medalına layiq görülüb.