Xəbərlər


Paralimpiyaçı taekvondoçularımız Dünya Oyunlarında böyük uğur qazandılar

Rusiyanın Soçi şəhərində IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunları keçirilib. İdmanın oxatma, güləş, atletika, üzgüçülük, stolüstü tennis növləri üzrə keçirilən oyunlarda parataekvondo yarışları da yer alıb.

"G4” kateqoriyalı yarışlara 6 idmançı ilə qatılan parataekvondo üzrə milli komandamız uğurla çıxış edərək 4 qızıl və 1 bürünc medala sahib olub.

Sevindirici haldır ki, qazanılan 5 medaldan 4-ü "Neftçi İdman Klubu”nun paralimpiyaçılarına məxsusdur. Klubun yetirmələrindən Rövşən Qəhrəmanlı (61 kq), Nicat Müslümov (75 kq) və Aynur Məmmədova (+58 kq) Dünya Oyunlarının qızıl medallarına yiyələniblər. Aleksandr Polişuk (+75 kq) isə yarışı bürünc medalla başa vurub.