Xəbərlər


Velosipedçimiz Tokio Olimpiadasına 15 lisenziya xalı qazanıb

 

"Neftçi İdman Klubu”nun velosipedçisi Samir Cəbrayılov "Tokio 2020" Yay Olimpiya Oyunlarına 15 lisenziya xalı qazanıb. İdmançımız lisenziya xallarını Türkiyənin Konya şəhərində keçirilən üç mərhələli "Tour of Mevlana” turnirində toplayıb. O, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı veloturunun ümumi təsnifatında beşinci yeri tutaraq bu uğura imza atıb.