Xəbərlər


Ruslan Lunyov “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib

"Neftçi İdman Klubu”nun güllə atıcısı Ruslan Lunyov "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İtaliyanın Bolonya şəhərində keçirilən Avropa çempionatının qalibi olan idmançımız "Tokio 2020”yə vəsiqəni təmin edib. Çempionatda 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının final mərhələsində təmsilçimizin rəqibləri Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının qalib və mükafatçıları olublar. Finalda atıcımız Ukrayna idmançısı ilə eyni – 587 xal toplayıb. Lakin şəxsi göstəricilərə görə rəqibini qabaqlayan Ruslan Lunyov Avropa çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan güllə atıcımız həmin il Hindistanda təşkil olunan dünya kuboku yarışlarında bürünc medala sahib olub.

Ruslan Lunyov “Tokio 2020” Yay Olimpiya Oyunlarına  lisenziya əldə edibRuslan Lunyov “Tokio 2020” Yay Olimpiya Oyunlarına  lisenziya əldə edibRuslan Lunyov “Tokio 2020” Yay Olimpiya Oyunlarına  lisenziya əldə edib