Xəbərlər

Paracüdoçularımız Daşkənd Qran-prisində 10 medal qazanıblar

Sentyabrın 23-də startı verilmiş paracüdo üzrə Daşkənd Qran-prisinə yekun vurulub.

Otuz beş ölkənin paralimpiyaçılarının qatıldığı yarışda "Neftçi İdman Klubu”nun təmsilçiləri 10 medala sahib olublar. İdmançılarımızdan Kənan Abdullaxanlı (90 kq ) ilk görüşdə rusiyalı Anatoli Şevçenkoya qalib gəlib. Yarımfinal qarşılaşmasında özbəkistanlı Sulaymon Alayevi üstələyən idmançımız finala yüksəlib. Həlledici görüşdə Kənan Böyük Britaniya təmsilçisi Kristofer Skelleyi məğlub edərək milli komandamızın yeganə qızıl medalın qazanıb. Namiq Abbaslı (66 kq), Sevda Vəliyeva (57 kq) və Xanım Hüseynova (63 kq) beynəlxalq turnirin gümüş medalına layiq görülüblər. Klubumuzun digər yetirmələri Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), İlham Zəkiyev (+100 kq), Şahanə Hacıyeva (48 kq), Afaq Sultanova (57 kq) və Dürsədəf Kərimova (+70 kq) isə yarışı üçüncü yerdə başa vurublar.

Paracüdoçularımız Daşkənd Qran-prisində  10 medal qazanıblarParacüdoçularımız Daşkənd Qran-prisində  10 medal qazanıblarParacüdoçularımız Daşkənd Qran-prisində  10 medal qazanıblar