Xəbərlər


Zelim Kotsoyev də Daşkənd Qran-prisində gümüş medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə beynəlxalq Qran-pri turnirinə yekun vurulub.

Dünyanın 70 ölkəsindən 421 cüdoçunun mübarizə apardığı yarışın sonuncu günü "Neftçi İdman Klubu”nun təmsilçisi Zelim Kotsoyev böyük uğura imza atıb. Yüz kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Ukrayna, ABŞ və Belarus idmançıları üzərində qələbə qazanaraq finala vəsiqəni təmin edib. Həlledici görüşdə rusiyalı Kazbek Zankişiyevə məğlub olan Kotsoyev Daşkənd Qran-prisinin gümüş medalına sahib olub.

Xatırladaq ki, mötəbər turnirin ilk günü qadın cüdoçumuz Leyla Əliyeva da gümüş medal qazanıb.

Zelim Kotsoyev də Daşkənd Qran-prisində gümüş medal qazandıZelim Kotsoyev də Daşkənd Qran-prisində gümüş medal qazandıZelim Kotsoyev də Daşkənd Qran-prisində gümüş medal qazandı