Xəbərlər


Spartakiadanın altıncı günü: atletika, voleybol və güllə atıcılığı üzrə yarışlar da başa çatdı

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadası start götürüb. 14 idman növü üzrə təşkil olunan yarışlarda atletika, voleybol və güllə atıcılığı üzrə yarışlara da yekun vurulub.

Atletika növündə fərdi yarışlarda kişilərin mübarizəsində "Neftqaztikinti” Trestinin komandası qalib adını qazanıb. Heydər Əliyev adına NEZ 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü yeri tutub. Zərif cinsin nümayəndələri arasında Neft Kəmərləri İdarəsinin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Heydər Əliyev adına NEZ və "Neft Daşları” isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər. Ailə komandaları üzrə oğlanlar arasında Heydər Əliyev adına NEZ, qızlar arasında keçirilən yarışlarda isə Neft Kəmərləri İdarəsi liderliyə yüksəlib. Voleybol yarışlarında kişilər arasında "SOCAR Foster Viller” komandası qalib olub. "Neft Daşları” 2-ci, "Bos Şelf” isə 3-cü yerə çıxıb. Qadınların mübarizəsində Heydər Əliyev adına Neft Emalı Zavodunun kollektivi hamıdan güclü olub. "Azərkimya” İB və Neft Kəmərləri İdarəsi isə uyğun olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Güllə atıcılığı idman növündə Neft Kəmərləri İdarəsinin komandası kişilər arasında qalib adina sahib olub. Heydər Əliyev adına NEZ 2-ci, "Bos Şelf” isə 3-cü yeri tutub. Zəriflərin yarışında Heydər Əliyev adına Neft Emalı Zavodu yenidən liderliyi ələ keçirib. Neft Kəmərləri İdarəsi ikinci, "Neft Daşları” NQÇİ isə üçüncü olub.

Spartakiadanın altıncı günü: atletika, voleybol və güllə atıcılığı üzrə yarışlar da başa çatdıSpartakiadanın altıncı günü: atletika, voleybol və güllə atıcılığı üzrə yarışlar da başa çatdıSpartakiadanın altıncı günü: atletika, voleybol və güllə atıcılığı üzrə yarışlar da başa çatdı
Spartakiadanın altıncı günü: atletika, voleybol və güllə atıcılığı üzrə yarışlar da başa çatdı
Spartakiadanın altıncı günü: atletika, voleybol və güllə atıcılığı üzrə yarışlar da başa çatdı
Spartakiadanın altıncı günü: atletika, voleybol və güllə atıcılığı üzrə yarışlar da başa çatdı