Xəbərlər


U-15 liqasında hər iki komandamız qələbə qazandı

Bu gün AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15 liqasında üçüncü turun oyunları keçirilir. Bu tur çərçivəsində "Neftçi İdman Klubu”nun liqada iştirak edən hər iki komandası qələbə qazanıb. Klubun paytaxt təmsilçisi "Neftçi İK” İB (Bakı) "Təhsil” TFM-in qonağı olub və özünü qonaq kimi aparmayan komandamız rəqibini darmadağın edib – 6:1. Bölgə təmsilçimiz "Neftçi İK” İB (Siyəzən) isə "Gəncə” TİM-i qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb.