Xəbərlər

Neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasının açılış mərasimi keçirildi

Bu gün Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasının açılış mərasimi keçirildi. Tədbirdə SOCAR-ın vitse-prezidentləri Mikayıl İsmayılov, Bədəl Bədəlov, şirkət rəhbərliyinin nümayəndələri, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

İlk olaraq Spartakiadanın iştirakçı komandaları stadiona çıxdılar, yarışların baş hakimi Ceyhun Şirəliyev Təşkilat Komitəsinin rəhbərinə raport verdi. Təşkilat Komitəsinin sədri Sadıq Sadıqov XXVII Spartakiadanı açıq elan etdi. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Sonra Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək hər il neftçilərin peşə bayramı ərəfəsində neft, qaz və kimya sənayesi işçilərinin Spartakiadasının keçirilməsinin xoş bir ənənəyə çevrildiyini söylədi: "Respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayır, kütləvi idman növlərinin geniş yayılmasına böyük qayğı göstərir. Onun rəhbərliyi altında bu sahədə aparılan dövlət siyasəti, atılan məqsədyönlü addımlar sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman mərkəzlərindən birinə çevrilməkdədir”.

Natiq çıxışında ölkəmizdə idmana olan marağın getdikcə artdığından söhbət açdı: " Azərbaycanda bədən tərbiyəsi və idmana olan böyük maraq Spartakiadanın daha geniş miqyas almasına təkan verir. Təbii ki, bu turnirlərin təşkil olunmasında əsas məqsəd neftçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunmasıdır. Neft, qaz və kimya sənayesi işçilərinin fiziki sağlamlığı bizim üçün çox önəmlidir və qarşıya qoyduğumuz hədəfin əsasını təşkil edir. Sevindirici haldır ki, bu tədbirdə iştirakçıların sayı ilbəil artır”.

Cahangir Əliyev Spartakiadanın ölkə idmanı üçün əhəmiyyətini xüsusi vurğuladı, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan geniş bəhs etdi.

Sonra idmançıların nümunəvi çıxışları oldu. Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri iştirakçılar qarşısında konsert proqramı ilə çıxış etdilər.

Qeyd edək ki, mötəbər yarışda 33 müəssisədən 1400-dən artıq iştirakçı 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə mübarizə aparır ki, onlardan da 300-dən çoxu qadınlardır.

Neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasının açılış mərasimi keçirildiNeft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasının açılış mərasimi keçirildiNeft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasının açılış mərasimi keçirildi