Xəbərlər

Spartakiadada şahmat və dama yarışlarında da qaliblər müəyyənləşdi

Neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasının dördüncü günündə daha iki idman növü – şahmat və dama yarışları üzrə qaliblər müəyyənləşib. Şahmat yarışlarında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi 2-ci, H. Z. Tağıyev adına Neftqazçıxarma İdarəsinin kollektivi isə 3-cü yeri tutub. Dama idman növündə də eyni komandalar müvafiq olaraq eyni uğuru təkrarlayıblar.

Spartakiadada mini-futbol, voleybol və stritbol yarışları davam edir. Sabah isə daşqaldırma, darts, kəndirdartma, stolüstü tennis, nərd və güllə atıcılığı idman növlərində yarışlara start veriləcək.

Qeyd edək ki, sentyabrın 16-da start götürmüş XXVII Spartakiadaya ayın 22-də yekun vurulacaq.

 Spartakiadada şahmat və dama yarışlarında da qaliblər müəyyənləşdi Spartakiadada şahmat və dama yarışlarında da qaliblər müəyyənləşdi Spartakiadada şahmat və dama yarışlarında da qaliblər müəyyənləşdi