Xəbərlər


Spartakiada davam edir

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadası start götürüb. On dörd idman növü üzrə təşkil olunan yarışlar Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Aura” İdman Klubunda, güllə atıcılığı üzrə isə Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilir.

Artıq üzgüçülük və futtennis idman növləri üzrə yarışlara yekun vurulub.

Üzgüçülük yarışlarında Stanislav Baykov (Dalğıc və Qəza - Xilasetmə İşləri İdarəsi) qalib adını qazanıb. Xəyyam Həsənovla ("Neftqaztikinti” Tresti) Risad Zeynalov (Heydər Əliyev adına Neft Emalı Zavodu) isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər. Qadınlar arasında Aysel Hüseynzadə (Neft Kəmərləri İdarəsi) liderliyə yüksəlib. Neft Daşları NQÇİ-nin təmsilçisi Olqa Okunyova 2-ci, Rəna İsgəndərova (Heydər Əliyev adına NEZ) isə 3-cü yerə çıxıb.

Futtennis yarışında Neft Kəmərləri İdarəsinin komandası qalib olub. "SOCAR Petroleum” 2-ci, Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası isə 3-cü yeri tutub.

Qeyd edək ki, sentyabrın 18-də spartakiadada daha üç idman növü – voleybol, stritbol və şahmat üzrə yarışlara start veriləcək.

Spartakiada davam edirSpartakiada davam edirSpartakiada davam edir
Spartakiada davam edir
Spartakiada davam edir
Spartakiada davam edir
Spartakiada davam edir
Spartakiada davam edir
Spartakiada davam edir