Xəbərlər

Neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına start verildi

Bu gün «Neftçi İdman Klubu»nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına start verilib.

Klubumuz ilboyu neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində keçirilən Spartakiadadır.

Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadası keçirilir. Mötəbər yarışda 33 müəssisənin komandası mübarizə aparır. Spartakiadaya 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1400-dən artıq iştirakçının qatılacağı gözlənilir ki, onlardan da 300-dən çoxu qadınlardır. Yarışlar Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Aura" İdman Klubunda, güllə atıcılığı üzrə isə Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək. Sentyabrın 16-da startı verilmiş Spartakiada sözügedən ayın 22-də öz işini başa çatdıracaq.

XXVII Spartakiadanın təntənəli açılış mərasimi sentyabrın 19-da saat 16:00-da Qaradağ Təlim-İdman Bazasında təşkil olunacaq.

Qeyd edək ki, Spartakiadaya atletika, mini-futbol və futtennis idman növləri ilə start verilib.

Neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına start verildiNeft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına start verildiNeft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına start verildi