Xəbərlər


Roman Salehdən dünya çempionatında növbəti uğur

 

"Neftçi İdman Klubu”nun paralimpiyaçısı Roman Saleh Londonda keçirilən üzgüçülük üzrə dünya çempionatında növbəti uğurunu qazanıb.

Təmsilçimiz sərbəst üsulla üzgüçülük yarışlarında 100 metr məsafəni 52,99 saniyəyə qət edərək çempionatın bürünc medalına yiyələnib.

Xatırladaq ki, paraüzgüçümüz yarışın əvvəlki günlərində arxasıüstə üzmə yarışlarında ikinci olaraq "Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.