Xəbərlər


Gənc cüdoçularımız Avropa birinciliyinin ilk günündə iki medal qazanıblar

 

Finlandiyanın Vantaa şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyi start götürüb.

Yarışın ilk günündə "Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçularından ikisi mükafata layiq görülüb. İdmançılarımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov və İbrahim Əliyev (66 kq) qitə birinciliyinin bürünc medalına sahib olublar.

Qeyd edək ki, 44 ölkədən 343 cüdoçunun (194 kişi, 149 qadın) mübarizə apardığı mötəbər yarış sentyabrın 15-də başa çatacaq.