Xəbərlər


Paralimpiyaçılarımız “Tokio 2020” Yay Paralimpiya Oyunlarına ikinci lisenziyanı qazanıblar

"Neftçi İdman Klubu”nun paralimpiyaçısı Roman Saleh Londonda keçirilən üzgüçülük üzrə dünya çempionatında inamla mübarizə apararaq böyük uğura imza atıb. Paraüzgüçümüz 100 metr məsafəyə arxasıüstə üzmə yarışında 1 dəqiqə 1 saniyə nəticə göstərərək gümüş medala sahib olub.

Dünya çempionatında ilk iki yeri tutan idmançılar Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar. Roman Saleh də bu yarışda "Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.

Bununla da klubumuzun yetirmələri Tokio Paralimpiadasına ikinci lisenziyanı qazanıblar. Qeyd edək ki, bundan əvvəl parapauerliftinqçimiz Elşən Hüseynov "Tokio 2020”yə lisenziya qazanmışdı.