Xəbərlər

Neftçi İdman Klubunun futbol mütəxəssisləri bölgələrdə

"Neftçi İdman Klubu” İctimai Birliyi Azərbaycan idmanının inkişaf etdirilməsində daim yaxından iştirak edib. Bu tarixi missiyasını indi də davam etdirən klub, mütəmadi olaraq yeniliklər axtarışındadır və ölkə idmanının yüksəlişi yolunda var gücü ilə çalışır. Çoxsaylı idman növlərini özündə cəmləşdirən klubda son vaxtlar futbolun, xüsusilə də uşaq futbolunun daha da inkişaf etdirilməsi böyük önəm daşıyır və bu istiqamətdə yeni layihələrə artıq start verilib. Həmin layihələrin həyata keçirilməsi üçün "Neftçi İdman Klubu”nun rəhbərliyi tərəfindən müxtəlif addımlar atılmaqdadır. Belə ki, uşaq futbolunda çalışmış kateqoriyalı və təcrübəli mütəxəssislər bu işə cəlb olunub. Onların iştirakı ilə seleksiya xarakterli toplantılar, yarışlar keçirilir və istedadlı uşaqlar seçilərək klubun müxtəlif yaş qrupları üzrə komandalarına cəlb olunur.

Bölgələrdə uşaq futbolunu inkişaf etdirməyi və yeniyetmə istedadları tapıb üzə çıxarmağı qarşısına məqsəd qoymuş klub tərəfindən sentyabrın 29-da bu layihə çərçivəsində daha bir möhtəşəm tədbir keçirildi. "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun xüsusi tapşırığı əsasında klubun futbol mütəxəssislərindən ibarət böyük bir heyət Siyəzən rayonuna yollandı. Səfərdə məqsəd burada olan istedadlı uşaqların seçilməsindən ibarət idi. Rayonda fəaliyyət göstərən 8 müxtəlif məktəbin 200-ə yaxın şagirdinin qatıldığı tədbir həm uşaqların, həm də yerli sakinlərin böyük marağına səbəb oldu. Gün ərzində bu məktəblər arasında yarışlar keçirildi, onların şagirdlərinin oyunları klubun mütəxəssisləri tərəfindən izlənildi. Bütün yaş qrupları üzrə Siyəzən stadionunda təşkil olunan yarışlarda günün birinci yarısında böyüklər, ikinci yarısında isə daha kiçik yaşlı uşaqlar bacarıqlarını nümayiş etdirdilər.

"Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov və koordinatoru Azər Bağırovun rəhbərlikləri altında sözügedən rayona təşrif buyuran bütün yaş qruplarının baş məşqçilərindən və seleksiyaçılardan ibarət on nəfərlik heyət istedadlı uşaqların seçimini həyata keçirirdi. Onlar beş-beş olmaqla iki qrupa bölünmüşdülər. Oyunlar zamanı ilk hissədə birinci beşlik bir komandanın, ikinci beşlik isə digər komandanın iştirakçılarını izləyir, növbəti hissədə isə onlar izlədikləri komandanı digərinə dəyişirdilər. Beləcə, futbol mütəxəssisləri qarşılaşmaları izləyir, öz qeydlərini edir və fərqlənənləri seçirdilər. Seçilənlər arasında isə yenidən yarış keçirilirdi.

Beləliklə, günün sonunadək davam edən seleksiya xarakterli yarışlarda 1998-ci il təvəllüdlülərdən Fərrux Babazadə, 1999-cu il doğumlulardan Cavid Salahov, Amin Cəlilov, Natiq Əliyev, Şərifulla Xankişiyev, 2000-ci illərdən Bəhruz Cəfərov, Sənan Xudiyev, 2003-cü il təvəllüdlülərdən Cəmil Orucov, Nicat Məmmədov, Hüseyn Ağayev, Əli Ocaqquliyev, Aqil Babayev, 2004-cü illərdən Murad Balayev, Kənan Şirəliyev, Rəvan İsgəndərov, Elnur Adıgözəlov, Vasif İsayev, Coşqun Quliyev, 2005-ci il doğumlulardan Arif Dəmirov, Nahid Mahmudlu, Nicat Rəhmanov, 2006-cı il təvəllüdlülərdən isə Fariz Balabəyov və Kənan Bayramov kimi istedadlı futbolçular mütəxəssislər tərəfindən bəyənilərək ilk seleksiyadan uğurla çıxdılar. Gələcəkdə onların müvafiq yaş qrupları üzrə komandalara cəlb olunması nəzərdə tutulur.

Neftçi İdman Klubunun  futbol mütəxəssisləri bölgələrdəNeftçi İdman Klubunun  futbol mütəxəssisləri bölgələrdəNeftçi İdman Klubunun  futbol mütəxəssisləri bölgələrdəNeftçi İdman Klubunun  futbol mütəxəssisləri bölgələrdə