Xəbərlər


Atletimiz “World Challange” turnirində gümüş medala sahib olub

"Neftçi İdman Klubu”nun atleti Nazim Babayev Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan "World Challange” seriyalı turnirdə növbəti uğura imza atıb. Idmançımız üçtəkanla tullanma yarışında 16,68 metr nəticə göstərərək yalnız ABŞ idmançısı Kris Benarddan geri qalıb və mötəbər turnirin gümüş medalına layiq görülüb.