Xəbərlər


Cüdo üzrə dünya çempionatına yekun vurulub

Bu gün Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı sona yetib.

Mötəbər turnirin fərdi yarışlarının sonuncu günündə "Neftçi İdman Klubu”nun təmsilçisi İrina Kindzerska (+78 kq) mübarizəyə qoşulub. Xanım cüdoçumuz onaltıdabir finalda hollandiyalı Tessi Savelkulsu ipponla məğlub edib. Onun növbəti rəqibi tunisli Şeyx Ruhu Nihel olub. Bu görüşdə də cüdoçumuz ipponla qalib gəlib.O,dörddəbir finalda braziliyalı Maria Sülen Altemana uduzub. Təsəlliverici görüşdə daha bir braziliyalı ilə - Beatris Souzayla üz-üzə gələn İrina Kindzerska məğlub olub və 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, mundialın əvvəlki günlərində klubumuzun yetirmələrindən Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medal qazanıb. Digər cüdoçularımız Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci sırada qərar tutub.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının sonuncu günündə təşkil olunan qarışıq komanda yarışlarında uğurla çıxış edərək 5-ci yeri tutub.