Xəbərlər

Cüdoçularımız dünya çempionatında eyni çəkidə iki medal qazandılar

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Turnirdə 147 ölkədən 839 idmançı (509 kişi, 330 qadın) qalib adı uğrunda mübarizə aparır. 

Mötəbər yarışın üçüncü günündə "Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış cüdoçularından ikisi mübarizəyə qoşulub. Sevindirici haldır ki, onların hər ikisi dünya çempionatını medalla başa vurub. Təmsilçilərimizdən Rüstəm Orucov (73 kq) belaruslu Vadim Şoka, Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi komanda yoldaşı, klubumuzun digər yetirməsi Hidayət Heydərov olub. Cüdoçularımızın duelindən Rüstəm Orucov qalib ayrılaraq finala vəsiqəni təmin edib. Həlledici final görüşündə cüdoçumuzun rəqibi "Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi, yaponiyalı Şohei Ono olub. Güclü rəqibinə məğlub olan Rüstəm Orucov dünya çempionatının gümüş medalına layiq görülüb.

Onunla eyni çəki dərəcəsində çıxış edən Hidayət Heydərov isə macarıstanlı Frigies Szabo, rusiyalı Musa Moquşkov, Böyük Britaniya idmançısı Erik Ham və Tacikistan təmsilçisi Behruzi Xojazoda üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə komanda yoldaşı Rüstəm Orucova məğlub olan idmançımız bürünc medal uğrunda mübarizə aparıb. Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələn Hidayət Heydərov dünya çempionatını üçüncü pillədə başa vurub.

Cüdoçularımız dünya çempionatında eyni çəkidə iki medal qazandılarCüdoçularımız dünya çempionatında eyni çəkidə iki medal qazandılarCüdoçularımız dünya çempionatında eyni çəkidə iki medal qazandılar