Xəbərlər


Cüdoçularımız ölkə birinciliyinin 12 medalını qazanıblar

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında keçirilən respublika birinciliyinə yekun vurulub. Yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun təmsilçiləri birinciliyin 12 medalına (4 qızıl, 3 gümüş, 5 bürünc) yiyələniblər. İdmançılarımızdan Balabəy Ağayev (60 kq), Aliumar Tumayev (90 kq), Aslan Mirzəyev (100 kq) və Bəsti Səfərova (57 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıblar.

Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

Cüdoçularımız ölkə birinciliyinin 12 medalını qazanıblarCüdoçularımız ölkə birinciliyinin 12 medalını qazanıblarCüdoçularımız ölkə birinciliyinin 12 medalını qazanıblar
Cüdoçularımız ölkə birinciliyinin 12 medalını qazanıblar
Cüdoçularımız ölkə birinciliyinin 12 medalını qazanıblar
Cüdoçularımız ölkə birinciliyinin 12 medalını qazanıblar