Xəbərlər


Ülvi Qənizadə dünya birinciliyinin gümüş medalına sahib olub

Estoniyanın paytaxtı Tallində keçirilən gənc güləşçilərin dünya birinciliyi sona yetib.

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Ülvi Qənizadə yarışda böyük uğura imza atıb. Yetmiş iki kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız finala qədər inamla irəliləyib. Yalnız həlledici görüşdə Rusiya təmsilçisi Sergey Stepanova məğlub olan idmançımız dünya birinciliyinin gümüş medalına layiq görülüb.