Xəbərlər


Güləşçimiz Elmir Əliyev dünya ikincisi olub

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında keçirilən dünya birinciliyinə yekun vurulub. Mötəbər turnirin sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçisi, Avropa Gənclər Olimpiya Festivalının qalibi Elmir Əliyev böyük əzmkarlıq nümayiş etdirərək dünya birinciliyinin gümüş medalını qazanıb. Əlli bir kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanımız ardıcıl olaraq Argentina, Misir, Rumıniya və Ukrayna idmançılarına qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə İran güləşçisinə məğlub olub və ikinci yeri tutub.