Xəbərlər


Paracüdoçularımız Avropa çempionatında 10 medal qazanıblar

İtaliyanın Genuya şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatı sona yetib.

Qitə çempionatında Azərbaycan millisinin heyəti "Neftçi İdman Klubu”nun paralimpiyaçılarından təşkil olunub. Paracüdoçularımız mötəbər turnirin 10 medalına (1 qızıl, 4 gümüş, 5 bürünc) yiyələniblər.

Onlardan Xanım Hüseynova (+63 kq) rəqib tanımayaraq qızıl medala sahib olub. Bayram Mustafayev (66 kq), İlham Zəkiyev (+100 kq), Sevda Vəliyeva (57 kq), Dürsədəf Kərimova (+70 kq) gümüş, Namiq Abbaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və Səbinə Abdullayeva (52 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, komanda yarışlarında paracüdo millimiz Avropa çempionatının qalibi olub.

Paracüdoçularımız Avropa çempionatında  10 medal qazanıblarParacüdoçularımız Avropa çempionatında  10 medal qazanıblarParacüdoçularımız Avropa çempionatında  10 medal qazanıblar
Paracüdoçularımız Avropa çempionatında  10 medal qazanıblar
Paracüdoçularımız Avropa çempionatında  10 medal qazanıblar