Xəbərlər


Cüdoçumuz Zaqreb Qran-prisində üçüncü olub

Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. Yarışda 86 ölkədən 552 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçisi İrina Kindzerska (+ 78 kq) beynəlxalq turnirin bürünc medalına sahib olub. Portuqaliya, Monqolustan, Ukrayna, Tunis idmançılarına qalib gələn xanım cüdoçumuz yalnız yarımfinal görüşündə turnirin qızıl medalçısı, yaponiyalı Sone Akiraya məğlub olub.

Cüdoçumuz Zaqreb Qran-prisində üçüncü olubCüdoçumuz Zaqreb Qran-prisində üçüncü olubCüdoçumuz Zaqreb Qran-prisində üçüncü olub