Xəbərlər

Yunan-Roma güləşçilərimizdən Avropa Gənclər Olimpiya Festivalında 2 qızıl medal

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 2 qızıl medala sahib olublar. Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışda təmsilçimiz Elmir Əliyev (51 kq) səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0), dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edib və finala yüksəlib. Həlledici görüşdə ukraynalı Sanya Yakovlev üzərində 10:0 hesabı ilə inamlı qələbə qazanan pəhləvanımız qızıl medala sahib olub.

Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan Xasay Həsənli də eyni uğuru təkrarlayıb. İdmançımız finala gedən yolda yunanıstanlı Fotios Bukisə (7:0), finlandiyalı Kasperi Kauhanenə (3:1), isveçrəli David Loherə (10:2) və ukraynalı Marian Holubovskiyə (7:4) qalib gəlib. O, həlledici qarşılaşmada Almaniya təmsilçisi Deni Nakayev ilə üz-üzə gəlib.

Hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirən pəhləvanımız mübarizənin başa çatmasına 17 saniyə qalmış aktivinə 2 xal yazdıraraq görüşü qələbə ilə başa vurub. Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Xasay Həsənli mötəbər turnirin qalibi adını qazanıb.

Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun sərbəst güləşçisi Əbülfəz Nəsirov (55 kq) gümüş medal qazanıb.

Yunan-Roma güləşçilərimizdən Avropa Gənclər Olimpiya Festivalında 2 qızıl medalYunan-Roma güləşçilərimizdən Avropa Gənclər Olimpiya Festivalında 2 qızıl medalYunan-Roma güləşçilərimizdən Avropa Gənclər Olimpiya Festivalında 2 qızıl medal