Xəbərlər


“Neftçi İdman Klubu”nda növbəti seminar

"Neftçi İdman Klubu” Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında futbol məşqçiləri üçün növbəti seminarını keçirib. Bir neçə gün davam edən seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.

"Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov seminar iştirakçılarını qurumun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından salamladı və onlara uğurlar dilədi. Klub rəsmisi tədbir iştirakçılarına uşaq futbolunun əhəmiyyətindən və kiçikyaşlı uşaqlar arasından istedadların üzə çıxarılması metodlarından geniş söhbət açdı.

Sonra AFFA-nın hakimlərin təyinatı üzrə koordinatoru Elçin Məmmədov çıxış edərək seminar iştirakçılarına yeni oyun qaydaları (2019) haqda ətraflı məlumat verdi və məşqçilərin müxtəlif suallarını cavablandırdı.

Ardınca klubun Uşaq Futbol Məktəbinin həkimi Nəsir Həsənov əzələnin izometrik, eksentrik və konsentrik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı.

Seminarın növbəti mərhələsində "Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov müxtəlif sistemlər haqda geniş nitq söylədi. O, koqnetiv məşqlər, analitik, kompleks məşqlər, uşaq və yeniyetmələrdə güc məşqlərinin necə aparılması, superkompensasiya, maksimum güc məşqi, kondisiya piramidası haqda da həm nəzəri, həm də praktiki məlumatlar verdi.

“Neftçi İdman Klubu”nda növbəti seminar“Neftçi İdman Klubu”nda növbəti seminar“Neftçi İdman Klubu”nda növbəti seminar
“Neftçi İdman Klubu”nda növbəti seminar
“Neftçi İdman Klubu”nda növbəti seminar
“Neftçi İdman Klubu”nda növbəti seminar