Xəbərlər


Güləşçimiz Avropa Gənclər Olimpiya Festivalının gümüş medalını qazanıb

Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalına start verilib.

Festival çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarında "Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçisi Əbülfəz Nəsirov (55 kq) böyük uğura imza atıb. Pəhləvanımız finala qədər inamla irəliləyib. Bu yolda o, britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu mübarizədən kənarlaşdırıb. Həlledici mərhələdə italiyalı Simone Vinçenzo Pirodduya 5:10 hesabı məğlub olan idmançımız mötəbər turnirin gümüş medalına layiq görülüb.

Güləşçimiz Avropa Gənclər Olimpiya Festivalının gümüş medalını qazanıbGüləşçimiz Avropa Gənclər Olimpiya Festivalının gümüş medalını qazanıbGüləşçimiz Avropa Gənclər Olimpiya Festivalının gümüş medalını qazanıb