Xəbərlər


Klubumuzun U-14 komandası futbol turnirinin qalibi olub

İyunun 29-da Bakı Kəndlər Futbol Federasiyası və AFFA-nın kütləvi futbol şöbəsinin təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü futbolçular arasında start götürmüş turnirə yekun vurulub.

Doqquz komandanın qatıldığı turnirin qaydalarına görə, futbolçular iki qrupda yarışmış və hər qrupda ilk iki yeri tutan komandalar yarımfinalda mübarizəni davam etdirmək hüququ qazanmışlar.

Qrup mərhələsini uğurla başa vuran "Neftçi İdman Klubu”nun U-14 komandası yarımfinala yüksələrək bu mərhələdə "İsgəndər Cavadov Futbol Akademiyası”nın kollektivini darmadağın edib – 10:0. Bununla da finala vəsiqəni təmin edən Şahin Şahüseynlinin yetirmələri həlledici görüşdə Buzovnanın "Xəzri” komandasını 2:0 hesabı ilə məğlub edib və turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, klubumuzun futbolçusu Fərid Şahüseynli 26 qol vuraraq turnirin bombardiri olub.

Klubumuzun U-14 komandası futbol  turnirinin qalibi olubKlubumuzun U-14 komandası futbol  turnirinin qalibi olub