Xəbərlər


Davud Abbaslı Praqadan medalla dönür

Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışı sona yetib.

Otuz doqquz ölkədən 437 cüdoçunun qatıldığı turnirdə klubumuzun təmsilçisi Davud Abbaslı mükafata layiq görülüb. Altmış altı kiloqram çəki dərəcəsində mübarizə aparan gənc idmançımız yarışın bürünc medalını qazanıb.

Davud Abbaslı Praqadan medalla dönür