Xəbərlər


Cüdoçumuz Şahin Qəhrəmanov Aktauda gümüş medal əldə edib

"Neftçi İdman Klubu”nun yetirməsi Şahin Qəhrəmanov Qazaxıstanın Aktau şəhərində keçirilən açıq Asiya kuboku yarışında gümüş medala sahib olub. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finaladək uğurla irəliləsə də, həlledici görüşdə koreyalı Jinsu Kanga məğlub olub və turniri ikinci pillədə başa vurub.

Qeyd edək ki, yarışda 11 ölkədən 175 cüdoçu mübarizə aparıb.