Xəbərlər


Elşən Hüseynov “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

"Neftçi İdman Klubu”nun pauerliftinqçisi Elşən Hüseynov (107 kq) "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Təmsilçimiz Qazaxıstanın Nur-Sultan şəhərində paralimpiyaçılar arasında keçirilən pauerliftinq üzrə dünya çempionatında 217 kiloqram ağırlığın öhdəsindən gəlməklə bu uğura imza atıb. Dünya reytinqində dördüncü olan idmançımız mövqeyini daha da möhkəmləndirib.