Xəbərlər


“Sabahın ulduzları” paytaxt çempionatına start verildi

Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən "Sabahın ulduzları” paytaxt çempionatına start verilib. "İnter Arena”da iki yaş qrupu üzrə keçirilən çempionatda "Neftçi İdman Klubu” hər iki yaş qrupunda təmsil olunur. Birinci tur çərçivəsində "Neftçi İK” İB (2006-2007-ci illər təvəllüdlü futbolçular) "Qarabağ” komandasını 2:0 hesabı ilə məğlub edib. Digər komandamız (2005-2006) isə "Şirvan” TİM üzərində qələbə qazanıb – 3:0.

AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15 liqasında isə ikinci turun oyunları keçirilib. 18 komandanın iştirak etdiyi liqada klubumuzun iki komandası çıxış edir: "Neftçi İK” İB (Bakı) və "Neftçi İK” İB (Siyəzən). Klubun paytaxt təmsilçisi "Kəpəz”i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. "Neftçi İK” İB (Siyəzən) isə "Qarabağ”ın qonağı olub və bu oyunda heç-heçə (3:3) qeydə alınıb.