Xəbərlər


Velosipedçimiz Avropa Gənclər Olimpiya Festivalında iştirak hüququ qazanıb

Velosiped idmanının şose növü üzrə keçirilən respublika birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun yetirməsi Nofəl Nuriyev Qala yolunda təşkil olunan 10 kilometr məsafəyə fərdi yarışda 2-ci yeri tutub (14.59.54). İdmançımız turnirin ikinci günündə Xızı yolunda 60 kilometr məsafəyə keçirilən qrup ötüşməsində isə üçüncü olub.

Qeyd edək ki, bu iki nəticəyə, həmçinin Festivala hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışının və yoxlama yarışlarının nəticələrinə görə, Nofəl Nuriyev iyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək hüququ qazanıb.

Velosipedçimiz Avropa Gənclər Olimpiya Festivalında iştirak hüququ qazanıbVelosipedçimiz Avropa Gənclər Olimpiya Festivalında iştirak hüququ qazanıbVelosipedçimiz Avropa Gənclər Olimpiya Festivalında iştirak hüququ qazanıb