Xəbərlər


Atıcımız Elvin Astanov respublika çempionu olub

 

Güllə atıcılığı üzrə keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda klubumuzun idmançıları da bacarıqlarını nümayiş etdiriblər. Təmsilçilərimizdən Elvin Astanov 10 metr məsafəyə pnevmatik tapançadan (PTÇ-3) atəşaçma yarışında 568 xal toplayaraq qızıl medala layiq görülüb.